
I Diviziondun 3-cü turu çərçivəsində evdə MİOİK-lə qarşılaşacaq "Bakı" dünən klubun təlim-məşq bazasında oyun öncəsi məşqini keçirib. Sportnet.az-ın məlumatına görə, məşqdən sonra Novruz Əzimovun komandası bayram süfrəsinə dəvət olunub.
Klubun icraçı direktoru Yaşar Seyidov, baş məşqçi Novruz Əzimov komandanı bayram münasibəti ilə təbrik ediblər.
Komandanın kapitanı Elşad Manafov da çıxış edərək klub rəhbərliyinə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib. Ardından futbolçular və məşqçi heyəti süfrə arxasında Qurban bayramını qeyd ediblər.
Qeyd edək ki, "Bakı"nın təlim-məşq bazasında keçiriləcək oyun saat 16:00-da başlanacaq.

















































































