"İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında ilk xalı qazandıqları VI turun "Sumqayıt"la səfər matçından sonra deyib.
44 yaşlı mütəxəssis bu oyunla vəziyyəti dəyişdiklərini iddia edib: "Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. Ağır vəziyyətdə olmağımıza baxmayaraq, mübarizəni davam etdirirlər. "Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.
Qeyd edək ki, "Sumqayıt" - AZAL matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib.