Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun oyun cədvəli açıqlanıb. Sportnet.az-ın məlumatına görə, turun oyunları 3 gün ərzində keçiriləcək.
Tura autsayder AZAL-la "Rəvan" arasındakı oyunla start veriləcək. Həftənin son oyunu Qəbələdə baş tutacaq. Yerli komanda digər bölgə təmsilçisi "Xəzər Lənkəran" klubunu qəbul edəcək.
Turun mərkəzi görüşü isə "İnter"lə lider "Qarabağ" arasında olacaq. Hazırda bu komandaları cəmi 1 xal ayırır. Oyunun nəticəsi "Qəbələ" üçün xüsusi önəm kəsb edir. Bakıdakı qarşılaşmada hər hansı komandanın xal itkisi "qara-qırmızılar"ın irəliləyişinə səbəb ola bilər. Bunun üçün isə təbii ki, "Xəzər Lənkəran"ı yenmək lazım gələcək.
02 oktyabr
19:00. AZAL – "Rəvan"
"AZAL Arena"
03 oktyabr
19:00. "Zirə" – "Neftçi"
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
04 oktyabr
16:00. "Kəpəz" – "Sumqayıt"
Gəncə şəhər stadionu
19:00. "İnter" – "Qarabağ"
"İnter Arena"
21:00. "Qəbələ" – "Xəzər Lənkəran"
Qəbələ şəhər stadionu