Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Tiraspol” komandası ilə qarşılaşacaq Bakının "İnter” klubu Moldovada ilk məşqini keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Şerif" İdman Kompleksinin "Kiçik Arena" stadionundakı məşqə komanda üzvləri isinmə və qısa məsafələrə qaçışla başlayıblar.
"Bankirlər” topla çalışdıqdan sonra taktiki tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, "İnter”in oyunöncəsi rəsmi məşqi iyulun 2-də yerli vaxtla saat 20.00-da (Bakı vaxtilə saat 22:00) başlayacaq.