
"Həqiqətən də ağır oyun idi". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçəyə nail olduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra deyib.
O, heyətdəki itkilərə rəğmən, xal qazana bildiklərini söyləyib: "Evdə oynayan "Qəbələ” öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik. Biz isə "Neftçi” ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidir. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik”.









































































