1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Futbolçulara uduzmamaq hissini aşılayırıq"
"Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. "İnter”in özünəməxsus oyun tərzi var". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XI turunda "İnter"lə 0:0 hesablı səfər heç-heçəsinə nail olduqları oyundan sonra deyib.
Sıx qrafikdə ardıcıl 3-cü oyunu keçirdiklərini bildirən gənc mütəxəssis bunların heç birində uduzmayaraq, əsas məqsədlərinə nail olduqlarını söyləyib: "Digər məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdır. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. "İnter”ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşılamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”.
Qeyd edək ki, "Zirə"nin baş məşqçisi Adil Şükürov cəzalı olduğu üçün oyunu tribunadan izləyib.