"Bu gün ötən oyunlardan heç bir fərq olmadı". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra deyib.
O, komandasının yenə böyük üstünlük şəraitində oynadığını iddia edib: "Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir. 3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu".
Qriqorçuk məğlubiyyətin Dodonun yoxluğu ilə əlaqələndirilməsi ilə razılaşmayıb: "Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin”.
Qeyd edək ki, "Qəbələ" son 3 ev oyununda "Kəpəz"ə məğlubiyyətdən əlavə, "Zirə" və AZAL-ın müqavimətini qıra bilməyib - 0:0.