1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Samir Abasov: Hadisə yerindən uzaq idim"
"Oyun başa çatdıqdan sonra futbolçulara öz razılığımı bildirdim. Bu istəklə işləsək arzuladığımız oyunu sərgiləyəcəyik. Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Neftçi"yə 1:2 hesabı ilə yenildikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra deyib.
O bildirib ki, hər bir oyunçu qələbə üçün can qoyaraq, qələbə üçün döyüşüb: "Xəyal Nəcəfovu döyüşə atanda ona tapşırıq vermişdim. Bildirmişdim ki, rəqibin cərimə meydançasında oynasın. Gənc futbolçunu oyuna buraxmaq risk ola bilər. Amma futbolçular məhz belə oyunlarda "bişirlər”. Oyunun sonundakı epizodla bağlı heç nə deyə bilməyəcəyəm. Çünki hadisə yerinə uzaq idim. Penalti tələb edən Vurğun Hüseynovdan isə heç nə soruşmamışam. Çünki bunun əhəmiyyəti yoxdu. Biz məğlub olduq, "Neftçi” qalib gəldi. Rəqibi təbrik edirəm”.
Qeyd edək ki, bu Samir Abasovun əsas komandaya baş məşqçi təyinatından sonra "Sumqayıt"ın ilk məğlubiyyəti olub.