"Artıq ikinci dəfədir ki, Bakıdayam. İlk dəfə İtaliya yığması ilə gəlmişəm. Sabahkı oyuna hazırıq və çalışacağıq ki, qələbə qazanaq. Ancaq "Qarabağ" da güclü komandadır". Sportnet.az-ın məlumatına görə, bunu "Monako" klubunun futbolçusu Əl Şəravi deyib.
Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun haqda danışan futbolçu bunları bildirib: "Azərbaycanda oynayacağımız üçün azarkeş dəstəyi nəticəsində "Qarabağ" qələbə qazana bilər. Çünki "Qarabağ" güclü komandadır. Ancaq biz də qələbə qazanmaq istəyirik. Bakıya gəlincə, şəhəri gəzməyə o qədər də imkanımız olmadı. Çünki biz sabahkı oyuna motivasiya olunmuşuq. Maksim, Bədavi və Rəşada qarşı millidə oynamışam. Komanda kompakt çıxış edir.".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.