
Avropa Liqasının qrup mərhələsində dünən Türkiyə "Beşiktaş"ının qonağı olan Rusiyanın "Lokomotiv" klubu təşkilatçılıqda bağlı UEFA-ya şikayət etməyə hazırlaşır. Sportnet.az-ın məlumatına görə, şikayət azarkeşlərə göstərilən polis müqaviməti ilə bağlıdır.
Klub azarkeşlərinin oyun zamanı polis zorakılığına məruz qalmasına etiraz edib və bu məqsədlə təşkilatçılıqdan narazıdır.
Qeyd edək ki, dünən keçirilmiş "Beşiktaş" - "Lokomotiv" (1:1) oyununda qonaq azarkeşlərlə yerli polis arasında insident yaşanıb.






































































