
Azərbaycan Premyer Liqasında mübarizə aparan "Kəpəz" klubu 1000 manat cərimələnib. Sportnet.az-ın məlumatına görə, AFFA-nın intizam Komitəsi XII turda AZAL-la keçirilmiş oyunda Gəncə təmsilçisinin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən belə qərar verib.
Oyun ərzində "Kəpəz"in heyətində Şəhriyar Rəhimov, Bəxtiyar Soltanov, Tural Axundov və Rəşad Eyubov yol verdiyi qeyri-idman hərəkəti baş hakim Fariz Yusifovun diqqətindən yayınmayıb.
Qeyd edək ki, AZAL - "Kəpəz" matçı 1:1 hesabı ilə yekunlaşıb.




































































