
Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qarabağ" sabahdan bir araya toplaşır. Sportnet.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə səbəbindən baş məşqçisi Qurban Qurbanov XII turda baş tutmuş "Xəzər-Lənkləran"la oyundan sonra komandaya istirahət verib.
3 günlük istirahətdən sonra Ağdam təmsilçisi "Kəpəz"lə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması Noyabrın 21-də keçiriləcək.







































































