1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" itkilərlə başladı
"Qarabağ" Azərbaycan Premyer Liqasının XIII turunda "Kəpəz"lə keçirəcəyi ev oyununun hazırlıqlarına başlayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində baş məşqçi Qurban Qurbanov futbolçulara 3 günlük istirahət verib.
Bir saatadək davam etmiş hazırlıq prosesinə bütün futbolçular qatıla bilməyib. Fərqli millilərə 12 futbolçu göndərən "Qarabağ"da zədəlilərin də olması məşqin natamam heyətlə baş tutmasına səbəb olub.
Komanda bu gün bir məşqlə hazırlıqlarına davam edəcək.