"Çox önəmli matça çıxdıq. Rəqibdən aslı olmayaraq, qalib gəlməliyik". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Güvenç Kurtar "Bakı"ya 2:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O bildirib ki, matçın taleyini hakim dəyişdirib: "Bizim penaltimizi vermədi. Futbolda sarı və qırmızı vərəqələr də var. Bu, verilmirsə nə mənası var. Bizim taleyimizlə oynadılar".
O bildirib ki, matçın taleyini hakim dəyişdirib: "Bizim penaltimizi vermədi. Futbolda sarı və qırmızı vərəqələr də var. Bu, verilmirsə nə mənası var. Bizim taleyimizlə oynadılar".
Kurtar sonuncu pilləni tutan komandasının I diviziona göndəriləcəyinə inanmadığını da söyləyib: "Bilirsiniz, "Rəvan" öndə olarkən, dedilər ki, aşağı liqaya enmə olmayacaq. Biz də kuboka kökləndik. Indi də deyirlər ki, aşağı liqaya göndərəcəyik. Biz kuboka kökləndiyimiz üçün bu vəziyyətə qaldıq. İndi hakimə çox əsəbiləşmişəm deyə qalıb-qalmamağım barədə heç nə fikirləşmirəm. "Sumqayıt" 3 oyunda 9 xal qazandı. Belə şey olar? Mən demirəm ki, bu oyunlar danışılmış oldu. Başqa hansı komanda bunu edə bilib? Federasiyanın qərar dəyişdirməyi heç də yaxşı olmadı. Mən inanmıram ki, "Rəvan"ı aşağı liqaya göndərərlər. Federasiya belə bir şey etməz".
Türkiyəli mütəxəssis növbəti mövsüm də "Rəvan"ın sükanı arxasında qalacağı halda, ilk "4-lüy"ə düşəcəklərinə söz verib.