1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" 8 ildən sonra sevindi
Azərbaycan Premyer Liqasının XIII turunda baş tutan "Böyük oyun"da 2:0 hesabı ilə qalib gələn "Neftçi" "Xəzər Lənkəran"la səfər oyunlarındakı qələbəsiz oyunlar seriyasına son qoyub. Sportnet.az-ın məlumatına görə, "Böyük oyun"ların tarixi ərzində 2 dəfə rəqib meydanında qalib gələn paytaxt təmsilçisi sonuncu dəfə 2007-ci ildə Lənkəranda 3 xala sevinib.
8 il 12 gün əvvəl noyabrın 10-da qələbə qazanan bakılılar çempionat oyununda 1:0 hesabına sevinib. 2934 gündən sonra "Xəzər Lənkəran"ın meydanında qalib gələn "Neftçi" bu müddətdə 12-si çempionat, 1-i kubokda olmaqla, 13 səfərdən qələbəsiz ayrılıb. Bu 13 qarşılaşmadan 5-də meydan sahibləri qələbə qazanıbsa, 8-də heç-heçə qeydə alınıb.
İndiyədək rəqib meydanında qazandığı hər iki qələbəsi Lənkəran Olimpiya Kompleksinə təsadüf edən "Neftçi" ilk dəfə "Xəzər Lənkəran" mərkəzi stadionunda 3 xal əldə edib. "Ağ-qaralar" həm 2007-ci il noyabrın 10-da, həm də 2005-ci dekabrın 18-də Lənkəranın 2-ci arenasında qalib gəlib – hər ikisi 1:0. İndiki stadionda 13 matçda qalib gəlməyən bakılılar 14-cü cəhddən arenanı qələbə ilə tərk edib.
İndiyədək keçirilən 39 "Böyük oyun"dan 35-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 1-i Superkuboka təsadüf edib. Bu qarşılaşmalarda "Neftçi" 13, "Xəzər Lənkəran" 9 qələbə qazanıb, 17 matçda isə qalib müəyyənləşməyib. "Ağ-qaralar" 46, "ağ-yaşıllar" 35 top vurub.