
Gürcüstanlı mütəxəssis komandadakı futbolçuların taleyi ilə bağlı da danışıb: "Bir həftədən sonra həmin futbolçularla yenidən danışıqlar aparacağıq. Onda müəyyən edəcəyik ki, kimlər qalacaq. Başqa klublardan bizim futbolçulara təklif gələrsə, şad olarıq. Təbii ki, onların gedib-getməməyi də bizim məqsədimizə bağlıdır. Burada söhbət klubun ilk üçlükdə olub-olmamasından, avrokuboklara düşməsindən gedir. Qış transferində nələrin olacağı da hələ bilinmir".