
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi İngiltərə "Tottenhem"inin baş məşqçisi Maurisio Poçettino yerli mətbuata açıqlamasında komandasının sıx qrafiklə oynadığını deyib. Sportet.az-ın məlumatına görə, noyabrın 22-də ölkə çempionatında "Vest Hem"lə evdə , 4 gün sonra "Qarabağ"la və ayın 29-da səfərdə "Çelsi" ilə qarşılaşmalardan danışıb.
M.Poçettino bu cür sıx qrafikin olduğunu söyləyib və bunun komandaya təsir edəcəyini istisna etməyib: "Bu gülməlidir. Biz təxminən 6 saat havada olacağıq. Üstəlik hava şərtləri də var və buna uyğunlaşmaq lazımdır. Ola bilər ki, biz "Qarabağ"la oyundan sonra evə qayıdaq. O zaman futbolçulara 1 günlük istirahət veriləcək".
London təmsilçisi Bakıya sabah saat 19:30-da gələcək. Komandanın heyətində 4 futbolçu - Aleks Pritçard, Naser Çadli, Nabil Bentaleb və Erik Lamela zədəlidir.
Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da başlayacaq.










































































