
Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək "Neftçi” - "Zirə” oyununun biletləri bu gün satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, qiyməti 1 manata, VİP yerlər üçün 10 manata olan biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, dekabrın 6-da "Bakcell Arena”da keçiriləcək oyun saat 16:00-da başlanacaq.








































































