"Çox pis oynadıq və bunun səbəbləri var". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov AZAL-la evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
Həsənov görüşü 1 xalla başa vurduqları üçün sevinmələrinin gərəkliyini bildirib: "Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmağa çalışacağıq”.