
"Sumqayıt" klubu Premyer Liqanın III dövrəsi üçün hazırlığa bu gün start verəcək. Sportnet.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək.
"Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaq "gənclik şəhəri" təmsilçisi hazırlıq prosesinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur. "Sumqayıt" yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə klub AZAL-a səfərdə qarşılaşacaq.