"Qarabağ" klubu qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yola düşüb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu hazırlığını Bələkdə davam etdirəcək.
Komanda "İC Santai" otelində məskunlaşacaq. 19 günlük toplanış çərçivəsində 4 yoxlama görüşü keçiriləcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda yanvarın 16 -da İranın "Traktorsazi", 4 gün sonra isə Macarıstanın "Diosgjor" klubu ilə yoxlama görüşü keçirəcək. Yanvarın 23-də isə iki görüş baş tutacaq. Bu dəfəki rəqiblər Avstriyanın "Admira Vacker" və Polşanın "Jagelloniya" komandaları olacaq.
"Qarabağ" yanvarın 24-də Bakıya qayıdacaq.