"Sumqayıt" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Klubdan Sportnet.az-a verilən məlumata görə, "Neftçi"nin futbolçusu Kənan manafov bundan sonra "Gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.
Yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, gənc futbolçu "Neftçi"nin yetirməsidir və onun sonuncu klubu "Rəvan" olub.