Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya klublarının yeni reytinq cədvəli açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 3 klubu siyahıya daxil edilib.
Bu göstərici ilə "Qarabağ" Türkiyənin "Qalatasaray", İspaniyanın "Valensiya", İtaliyanın "İnter" kimi klublarını geridə qoyub. "Qəbələ" "Apollon", "Panatinaikos", "Everton" kimi klubların önünə keçib. "Bankirlər" isə "Qroningen", "Lester Siti" ilə yanaşı Ekvador "Barselona"sını da qabaqlayıb.