1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kanaleslə İzmaylov Qazaxıstan klublarına təklif olundu
Qış transfer dönəmində heyətini gücləndirmək istəyən Qazaxıstan Premyer Liqası klublarına bir neçə azad agent statusu olan futbolçular təklif olunub. Sportnet.az-ın məlumatına görə, Qazaxıstandan olan həmkarlarımız təklif siyahısında vaxtilə "Neftçi"də çıxış etmiş Nikolas Kanales və "Qəbələ"də forma geyinmiş Marat İzmaylova da yer verib.
Yazıda futbolçuların Azərbaycan klublarında çıxışından danışılıb. 2012-2013 mövsümündə "Neftçi"nin heyətində 31 oyuna 26 qol vurmaqla bombardir adını qazanmış Kanalesin "Krılya Sovetov"la müqaviləsinin pozulduğu xatırlanıb. 30 yaşlı çilili futbolçu karyerası ərzində "Universidad de Çili", "Union Espanola", "Kobresal", "Palestino", "Kolo-Kolo", "Santyaqo Uonderers" klublarında çıxış edib.
Həmçinin Marat İzmaylovun karyerasının son illərində aldığı zədələrdən bəhs edilib. 2013-2014 mövsümünün ikinci yarısında "Qəbələ" formasını geyinən yarımmüdafiəçinin sonuncu klubu Rusiya "Krasnodar"ı olub. Bir müddət orada çıxış edən 33 yaşlı yarımmüdafiəçinin ailəvi səbəblərdən dolayı karyerasında bir müddətlik fasilə yarandığı qeyd olunub. Bunlara baxmayaraq futbolçunun texnika və təcrübəsindən yararlanmağın mümkünlüyü bildirilib.