Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev "Sumqayıt"la müqavilə imzalayıb. Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
O bildirib ki, 25 yaşlı qapıçı mövsüm sonunadək "Sumqayıt"ın şərəfini qoruyacaq. Qapıçının hansı nömrə ilə çıxış edəcəyi isə yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, Səlahət Ağayev karyerası ərzində MOİK və "İnter"in şərəfini qoruyub. O, 2012-2013-cü illərdə "Sumqayıt"da çıxış edib.