1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA Xaqani Məmmədovla bağlı qərar verdi
AFFA-nın xüsusi komissiyası ötən ilin noyabrında bəzi Kütləvi İnformasiya Vasitələrində sabiq FIFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərlə bağlı məsələni araşdırıb. Sportnet.az-ın məlumatına görə, komissiya oyunun gedişatını, hakimlərin qərarlarını geniş təhlil edib və hadisənin canlı şahidlərinin fikirlərini öyrənib.
Nəticədə iddia olunan rüşvət faktının öz təsdiqini tapmaması ilə bağlı qərar qəbul edilib.
Videogörüntülər 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində "Osiyek (Xorvatiya) - "Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Videogörüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, oyunun yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov 72-ci dəqiqədə baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.
Qeyd olunmuş videogörüntülər ictimailəşən kimi AFFA məsələnin araşdırılması üçün xüsusi komissiya yaradıb. Komissiya üzvləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov olub.