1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PwC-nin rəhbəri: "Bu cür yoxlamalar "Neftçi" üçün çox vacibdir - MÜSAHİBƏ
"PricewaterhouseCoopers Azerbaijan"ın (PwC) idarəçi tərəfdaşı Mövlan Paşayev "Neftçi" klubu ilə əməkdaşlıqdan danışıb. Sportnet.az "Report"a istinadən M.Paşayevin müsahibəsini təqdim edir.
- "Neftçi" futbol klubu ilə əməkdaşlıq necə baş tutdu?
- Artıq neçə ildir ki, biz UEFA-nın rəsmi tərəfdaşıyıq. Bizim şirkət ölkələrdə olan klubların əsasən maliyyə, transfer məsələlərində UEFA-nın tələblərinin yerinə yetirilməsini yoxlayır. 1 il əvvəl Azərbaycan futbolunda da audit yoxlaması apardıq. Səhv etmirəmsə, yoxlama top-klublarda aparılmışdı. "Neftçi" də həmin klublar sırasında idi. Müzakirələr Elnur Məmmədovla və digər qurumlardan olan şəxslərlə aparılırdı. Bir müddətdən sonra belə qərara gəlindi ki, yalnız UEFA üçün yox, klubun özü üçün də bu cür yoxlamalar çox vacibdir.
- Ümumiyyətlə, futbol sahəsində audit aparan iki tanınmış şirkətdən biri PwC-dir. Nəyə görə, klub məhz sizi seçdi, yəni hansı üstünlüklər təklif olundu?
- Mən yalnız nə edəcəyimizi deyə bilərəm. Tərəfdaşlığımız uzunmüddətlidir. Lakin ən birinci addım auditin aparılması, beynəlxalq standartlara uyğun olaraq hesabatların hazırlanması və yoxlanmasıdır. Bu da kluba kömək edəcək ki, təkcə Azərbaycanda yox, Avropada da tamamilə başqa səviyyəyə çıxsın. Bu da klubun, işin effektivliyini, gəlirlərini artıracaq. Üstəlik, maliyyə də UEFA tələblərinə tam uyğun olacaq. Klubun Azərbaycanda böyük məqsədləri var.
- Klubda auditin aparılmasına nə vaxtdan start veriləcək?
- Auditi başlamazdan əvvəl hazırlıq prosesi gedir. Komandamız klubun maliyyə departamenti, idarəetmə heyəti ilə görüşür. İşin çətin yönləri araşdırılır. Bu mərhələ bitdikdən sonra audit yoxlamaları başlayacaq.
- Hesabat necə veriləcək: illik, yoxsa bir neçə aydan sonra açıqlanacaq?
- Ümumiyyətlə hesabat illik olur. 2015-ci ilin hesabatı yoxlanılacaq. Ümid edirik ki, ən geci 6 ay ərzində hesabat hazır olmalıdır.
- İllik dedikdə, yəni bir futbol mövsümü olacaq?
- Azərbaycanda ümumiyyətlə maliyyə ili - təqvim ilidir. O da yanvardan dekabradək hesablanır. 2015-ci il üçün təqvim ili olacaq. Ancaq gələn ildən bəlkə də klubla bu məsələni müzakirə edib futbol mövsümü üçün hesablamaq olar. Hələ bu proses gedir. Ona görə də nəsə demək çətindir.
- Yekun hesabatı ictimaiyyətə kim açıqlayacaq? Audit aparan şirkət, yoxsa "Neftçi"?
- Bizim məsuliyyətimiz klub qarşısındadır. Yəni, yekun hesabatı kluba təqdim edəcəyik. Ondan sonra klub bunu öz sponsor və digər tərəfdaşları ilə paylaşa bilər. Həmin rəqəmlərin ictimaiyyətə açıqlanması da klub tərəfdən ola bilər.
- Xarici klublar səhmlərinin dəyərini artırmaq, eləcə də sponsorların diqqətini cəlb etmək məqsədilə transfer etdikləri futbolçuların birjaya təqdim etdikləri qiymətlərini də açıqlayırlar. Əməkdaşlıq çərçivəsində belə bir addım atılacaq?
- Hələ biz tam işə başlamamışıq. Ona görə də nəsə demək çətindir. Ancaq belə bir addımın atılması, rəyin verilməsi klubun dünya bazarına çıxması, sponsor cəlb etməsi və s. üçün çox əlverişlidir.
- FİFA-nın qərarına əsasən "Neftçi" klubu sabiq futbolçusu Emil Mpenzaya 800 min dollar ödəməlidir. Bu məsələ ilə bağlı hansısa addımlar atılacaq?
- Hələ ondan xəbərim yoxdur.