1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elvin Camalov: "Məqsəd yalnız çempionluqdur"
"Qəbələ”nin futbolçusu Elvin Camalov bir neçə gündür komandasının Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesindən kənar qalıb. Sportnet.az-ın məlumatına görə, mövsümün ilk yarısında aldığı zədədən əziyyət çəkən gənc yarımmüdafiəçi bu gündən fərdi məşqlərə başlayacaq.
Bir neçə gün hazırlıqlara qatılmayan Camalov durumunu gabalafc.az-a açıqlayıb: "Qarabağ”la Premyer Liqanın XVIII turunun oyunundan sonra zədələnmişdim. Fasilə müddətində ağrıların arxada qalacağını düşünürdüm. 3 həftəyə yaxın fasilədən sonra bir araya gəldik. Toplanışın ilk 3 günündə komandayla birlikdə hazırlıq keçdim. Lakin sonra yenidən ağrılar hiss etdim. Komandamızın həkimi ilə məsləhətləşdik. 4-5 günlük fasilə verməyi məqsədəuyğun saydıq. Artıq fərdi məşqlərə start verəcəyə.
Camalov gələn həftə start götürəcək mövsümün ikinci yarısı haqda fikirlərini də bildirib. O, hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan komandasının hədəfinin çempionluq olduğunu və qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklərini qeyd edib: "Ötən il "Qəbələ” üçün uğurlu oldu. Bu il də həmin uğuru davam etdirmək istəyirik. Qarşımıza qoyduğumuz məqsəd yalnız çempionluqdur. Hazırda çempionatın lideri "Qarabağ”la aramızda 10 xallıq fərq var. Təlim-məşq toplanışında da fikrimizi çempionata daha yaxşı hazırlaşmağa yönəltmişik. Çalışırıq ki, mövsümün ikinci yarısına tam hazır olaq. İnanıram ki, 2016-cı ildə hamı tam fərqli, daha güclü "Qəbələ” görəcək. "Qarabağ”la xal fərqini də aradan qaldırıb, qızıl medallar uçun mübarizə aparacağıq. Klubun akademiyasının yetirməsi kimi "Qəbələ” ilə çempionluq hissi yaşamaq istəyirəm”.
Qeyd edək ki, Elvin Camalov "Qəbələ”nin heyətində 57 oyun keçirib. Bunlardan 47-si Premyer Liqa, 5-i Avropa Liqası, 5-i Azərbaycan kubokuna təsadüf edib.