1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən erkən qayıdış
"Qəbələ" futbol komandasının qış hazırlıq planında dəyişiklik baş verib. Klubdan Sportnet.az-a verilən məlumata görə, "qırmızı-qaralar" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını erkən başa vurub.
Toplanış əvvəlcədən nəzərdə tutulduğu kimi, yanvarın 27-də yox, ötən gün yekunlaşıb. Ukrayna "Dnepr"i ilə son yoxlama oyunundan sonra "Qəbələ" Antalyadan İstanbula, oradan isə Gəncəyə uçub. Komanda üzvləri yanvarın 30-da "Kəpəz"lə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX turunun hazırlıqlarını ölkədə davam etdirəcəklər.
Komandada baxışda olan Pavel Paşayev barədə isə hələ qərar verilməyib. Baş məşqçi Roman Qriqorçuk hər 3 yoxlama matçında sınadığı Azərbaycan millisinin Ukraynada doğulmuş üzvünün qalıb-qalmamasına dair fikrini Azərbaycanda açıqlayacaq.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 3 oyun keçirib. Almaniya "Osnabrük"ü ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar" İsveçrə "Sürix"ini darmadağın edib - 4:0. Son qarşılaşmada isə "Dnepr" sevinib - 1:0. "Qırmızı-qaralar"ın da qayıdışından sonra Antalyada Azərbaycan komandası qalmayıb.