

"Atromitos"a qayıtmağımdan məmnunam. Çünki vaxtilə biz Avropa Liqasının qrup mərhələsinə vəsiqəyə çox yaxın idik. Gözəl xatirələrim qalıb". Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstanın "Atromitos"un yeni transferi Çumbinyo klubun rəsmi saytına açıqlamasında deyib.
Qış fasiləsində "Qarabağ"la yollarını ayıran yarımmüdafiəçi yeni komandasında özünü çox yaxşı hiss etdiyini bildirib: "Hardan gəldiyimi bilirəm. Klub rəhbərliyinə və baş məşqçiyə minnətdarlıq edirəm. Çünki danışıqlara başladığımız andan onların mənə inandıqlarını anladım. Bu il komandanın Super Liqanı tərk etmə təhlükəsi ilə üzləşdiyini və oyun keyfiyyətini artırmasına ehtiyac duyulduğunu bilirəm. Bu vəziyyəti dəyişmək üçün əlimdən gələn köməyi etməyə hazıram. Bu işdə azarkeşlər də bizim yanımızda olmalıdırlar".
Qeyd edək ki, Çumbinyo 2012-2013 mövsümündə də "Atromitos"un şərəfini qoruyub. Son 2,5 ildə isə o, "Qarabağ"da çıxış edib.