"Radniçki”dən təklif aldığım doğrudur. Mənimlə əlaqə yaratdılar. Mən isə bildirdim ki, "Sumqayıt”la müqaviləm var. Həm də Azərbaycan çempionatında III dövrə təzə başlayıb. Serbiyada isə birincilik təxminən 1 ay sonar start götürəcək”. Bunu Sportnet.az-a "Sumqayıt”ın hücumçusu Amil Yunanov deyib.
Gənc futbolçu qeyd edib ki, Serbiya klubundan təklif alsa da, hələ ki legioner həyatı yaşamağı düşünmür: "Klub rəhbərliyi istəsə, "Radniçki”yə keçərəm. Amma hazırda bu barədə düşünmürəm. Düzdür, mən də legioner həyatı yaşamaq istəyirəm. Sadəcə indi yox, gələcəkdə. "Sumqayıt”ın heyətində cəmi 4-5 oyun keçirmişəm. Bilirsiniz ki, bir müddət futboldan kənarda qaldım. Zədələr imkan vermədi ki, 2 il ərzində tam gücümlə oynayın. Hazırda bütün fikrimi "Sumqayıt”a yönəltmişəm. Gərək komanda üçün nəsə edim ki, sonra da gedim. Nə olsun ki, 4 oyuna 6 qol vurmuşam? Hələ üzərimdə çox işləməliyəm. 10 pilləkəndan yalnız birini qalxmışam. Özümü hələ ki xaricdə oynamağa tam hazır saymıram.Çünki oyun praktikam elə də çox deyil. Gedib, ehtiyatda qalmaq istəmirəm”.
"Serblər sənin oyununu harda görüb, bəyənib” sualını Yunanov belə cavablandırıb: "Mənimlə əlaqə yarandanda bildirdilər ki, Antalyada təlim məşq toplanışında olarkən oyunumu bəyəniblər. Sadəcə həmin vaxt mənə yaxınlaşmaq istəməyiblər. Sonradan isə menecer vasitəsi ilə əlaqə qurublar. Bəli, keçiddə Bojan İliç vasitəçi rolunu oynayırdı. Bildirdilər ki, oyunlarıma baıxblar, vurduğum qolları, çıxışımı bəyəniblər”.
"Radniçki”dən fərqli olaraq, Yunanov Antalyada hazırlıq zamanı özündən narazı qaldığını qeyd edib: "Antalyada özünü yaxşı tərəfdən göstərə bilmədim. Bir qədər problemlər oldu. Hücumçumun işi nədi? Qol vurmaq. Mənsə qol vura bimədim. Ötən tur "Neftçi”yə, bu gün "Zirə”yə qarşı da fərqlənə bilmədim. Başa düşürəm ki, komandama fayda verməliyəm. Növbəti oyunda da fərqlənməsəm, ehtiyata düşə bilərəm. Hücumçunun vəziyyəti elədir ki, 2-3 oyun qol vurmayanda ehtiyata düşürsən”.