1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Bakıda qəpik-quruşa yaşaya bilməzdim”
"Rəvan”ın sabiq qapıçısı Kostyantin Maxnovski Ukraynanın məşhur "Komanda” qəzetinə müsahibə verib. Hazırda Kiyevdə özünə yeni klub axtaran legioner Azərbaycan karyerası ilə bağlı da sualı cavablandırıb.
Maxnovski "Rəvan”la müqaviləsini pozmasının maddi məsələlərlə bağlı olduğunu bildirib: "Azərbaycanda çempionat 4 dövrə keçirilir. Buna görə matçların yarısında - 18 qarşılaşmada forma geyindim. Özü də ilk dəqiqədən sonadək. Üstəgəl Azərbaycan kubokunda bir oyun. İlk 2 matçımda biz az əsəbi hərəkət edirdim. Ancaq sonradan oyun ritminə daxil oldum. Məşqçi mənə tam etimad göstərirdi. Yeni ilə yaxın klubun maddi vəziyyəti nəzərə çarpacaq dərəcədə pisləşdi. Bundan sonra bütün aparıcı oyunçular getdilər. Mənə təklif olunan qəpik-quruşa Bakı kimi bahalı şəhərdə yaşamaq real deyildi”.
Qeyd edək ki, vəətnində "Obolon”, "Sevastopol” klublarında oynamış Konstantin yaxında Türkiyədə "Dnepr”in heyətində baxışda olsa da, keçidi baş tutmayıb.