
Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatının maliyyə tərəfləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, komandalar, hakimlər, UEFA nümayəndələri və digər rəsmi şəxslərin Bakıda müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək.
Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1 milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.
Qeyd edək ki, 16 ölkənin qatılacağı Avropa çempionatı mayın 21-dək davam edəcək. İştirakçılardan biri təşkilatçı Azərbaycan yığması olacaq. 









                 





    
    
    
    
    
    
    
    
    






















































