1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" qalib gəldi, paytaxt derbisində qol olmadı - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə 2 görüş keçirilib.
Açılış oyununda paytaxtın iki - AZAL və "İnter" komandaları üz-üzə gəlib. "AZAL Arena"da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu oyundan sonra "İnter" 31 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 26 xalla 7-ci pillədə qərarlaşıb.
Günün son oyunu isə "Bakcell Arena"da keçirilib. "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı sınağa çəkib. Qarşılaşmanın ilk 45 dəqiqəsində komandaların fərqlənmək cəhdləri nəticə verməyib. İkinci hissədə meydan sahibləri üçün uğurlu olub. Oyunun 86-cı dəqiqəsində Elşən Abdullayev komandasına qələbə qazandıran topu vurub - 1:0. Görüş bu hesabla da başa çatıb. 21 oyundan sonra "Neftçi" 31 xalla "Qəbələ" və "İnter"lə 4, 5 və 6-cı pillələri bölüşür. "Xəzər Lənkəran" isə 13 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.
----------------------------------
Bu gün Bakıda keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasına start veriləcək. Sportnet.az-ın məlumatına görə, əvvəlcə paytaxt derbisi, ardından "Böyük oyun" baş tutacaq.
AZAL-la "İnter" ötən turu məğlubiyyətlə başa vurub. "Təyyarəçilər" Gəncədə "Kəpəz"ə, "bankirlər" evdə "Qəbələ"yə uduzub. Bugünkü qarşılaşmada meydan sahibləri qalib gəlsələr, xallarını 28-ə çatdıracaq və "Neftçi" "Xəzər Lənkəran"a uduzacağı təqdirdə, 6-cı pilləyə yüksələcəklər. Qış fasiləsindən sonra xal qazana bilməyən "İnter" isə qələbə təqdirində xallarını 33-ə çatdıraraq, ən azı bir günlük liderliyə yüksələcək.
İndiyədək iki komanda 28 dəfə üz-üzə gəlib. Bunların 5-də AZAL, 11-də "İnter" qalib gəlibsə, 12 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "bankirlər" öndədirlər - 20:27. Digər tərəfdən, öz aralarındakı ardıcıl 3 oyunda "İnter” qol buraxmadan qalib gəlib və 10 matçdır meydanı qolsuz tərk etmir. AZAL isə son 9 görüşdə qələbə qazana bilməyib.
"Neftçi" ilə "Xəzər Lənkəran" isə 36-cı dəfə üz-üzə gələcək. Əvvəlki oyunların 13-də flaqman, 7-də cənublular qələbə qazanıb, 15-də heç-heçə qeydə alınıb. Topların nisbəti 39:29-dur. Bugünkü "Böyük oyun"da vuracağı qol hər iki komanda üçün yubiley əhəmiyyəti daşıyacaq. Digər tərəfdən, "Neftçi” 10 oyundur rəqibinə uduzmur. Paytaxt klubu son 9 qarşılaşmada meydanı qolsuz tərk etmir. "Xəzər Lənkəran” son 13 səfər matçında qalib gələ bilməyib.
Hazırda hər iki komanda elə də yaxşı günlərini yaşamır. Hazırda 6-cı pillədə olan "Neftçi" mütləq qələbə qazanmalıdır. Bu, baş versə və "İnter" AZAL-la oyunda xal itirsə, "ağ-qaralar" xallarını 31-ə çatdıraraq, ən azı 1 pillə irəliləyəcəklər. Heyəti gənclərdən qurulan cənublular isə qələbə təqdirində xallarını 16-ya çatdırsalar da, 9-cu pillədən qurtula bilməyəcəklər.
Azərbaycan Premyer Liqası, XXI tur
13 fevral (şənbə)
14:30. AZAL – "İnter” - 0:0
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "AZAL Arena”
17:00. "Neftçi” – "Xəzər Lənkəran” - 1:0
Qol: Elşən Abdullayev, 86
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "Bakcell Arena”