1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Özümə "Böyük oyun"ların qəhrəmanı deməzdim" - MÜSAHİBƏ
"Xəzər Lənkəran"la Azərbaycan Premyer Liqasının XXI tur matçında "Neftçi"nin qələbə topuna imza atmış Elşən abdullayev jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyunu necə dəyərləndirirsiniz?
- Çoxlu qol vəziyyətlərimiz oldu, amma istifadə edə bilmədik. Şükürlər olsun ki, son dəqiqələrdə qələbə topunu vura bildik. Açığı, bu qələbədə pay sahibi olduğuma görə sevinirəm. "Xəzər Lənkəran"ı da təbrik etmək istəyirəm. Çox yaxşı mübarizə apardılar.
- Sizdən fərqli olaraq, "Xəzər Lənkəran"ın təcrübəli futbolçuları yox idi. Düşünmürsünüzmü ki, "Xəzər Lənkəran"ın yaxşı oynaması "Neftçi"nin zəifliyi idi?
- Bu dəqiqə futbolda yaşın fərqi yoxdur. Biz futbol oynamağı bacarırıq və burda böyük fərq görməzdim. Düzdür, rəqibin heyəti çox zəifləyib. Ancaq hər kəs gördü ki, necə layiqli mübarizƏ apardılar, bizə necə çətinlik yaratdılar.
- Komandanız "Rəvan"la matçda yaxşı görünmürdü. Qarşıda isə "Qarabağ"la oyun gəlir...
- "Qarabağ" ən iddialı klublarımızdan biri, iki dəfə Avroliqanın qrupunda oynamış komandadır. Bu görüşdə qələbə qazanmaq üçün maksimum çalışacağıq. Yeganə fikrimiz qələbədir. Çünki heç-heçə bizi qane etmir.
- Qol vuranda sarı vərəqə almağa çox meylli idiniz ki, maykanı əyninizdən çıxardınız?
- Çox üzgünəm. Qol epizodunda emosiolal şəkildə sevindim. Çünki oyunun axlrları idi. Həm də əzəli rəqibdir deyə, qolumu çılğın şəkildə qeyd etdim. Bunu bilərəkdən etmədim.
- İkinci dövrədə Lənkərandakı görüşdə də ilk qolu Siz vurmuşdunuz. Sizi "Xəzər Lənkəran"la oyunların qəhrəmanı saymaq olar?
- Özümə "Böyük oyun"ların qəhrəmanı deməzdim. Bütün komanda qələbə üçün çalışır.