1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqası: Zidanın debütü uğurlu oldu, bu dəfə qonaqlar sevindi - YENİLƏNDİ
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, əsas diqqətlər İtaliya paytaxtında "Roma" ilə İspaniya "Real Madrid"inin oyununa yönəlib.
Bu matça hər iki komanda mövsümün ilk yarısı ilə müqayisədə yeni baş məşqçinin rəhbərliyi altında çıxıb. Zinəddin Zidan Çempionlar Liqasında baş məşqçi kimi debüt edərək, əvvəllər futbolçu kimi şərəfini qoruduğu "kral klubu"nun sükanı arxasında yer alıb. Luçano Spaletti isə bir neçə ildən sonra yenidən "canavarlar"ı vacib oyuna çıxarıb. Bu oyunadək "Roma" son 13 matçda bütün cəbhələrdə yalnız bir dəfə uduzmuş, "Real Madrid" isə son 8 iki oyunluq qarşıdurmalarda İtaliya təmsilçilərinə yenilmişdi. Zidanın ən nüfuzlu klub turnirində debütü uğurlu alınıb. İkinci hissədə Kriştianu Ronaldu və Xesenin qolları "kral klubu"nun 2:0 hesablı səfər qələbəsini təmin edib.
Digər qarşılaşma isə Belçikada "Gent"lə "canavarlar" ləqəbli daha bir komanda Almaniya "Volfsburq"u arasında olub. Hər iki komanda Çempionlar Liqasının "pley-off" mərhələsində debüt edib. "Gent" son 7 ev oyunundan qalib ayrılmış, "Volfsburq" isə qrup mərhələsi başa çatdıqdan sonra cəmi 1 dəfə qələbəyə sevinmişdi. Komandanın ən yaxşı futbolçularından sayılan Naldonun cəzalı, əsas qapıçı Dieqo Benalyonun zədəli olmasına baxmayaraq, Almaniya təmsilçisi oyunun 2/3 hissəlik bölümünədək 3 top vuraraq, önə keçib. Matçın sonlarında belçikalılar 2 topla fərqi minimuma endirsələr də, bundan artığını bacarmayıblar - 2:3.
Beləliklə, "Real Madrid" və "Volfsburq" səfər qələbələri sayəsində 1/4 finala vəsiqəyə böyük ölçüdə yiyələniblər. Cavab görüşləri martın 8-də keçiriləcək.
Çempionlar Liqası, 1/8 final
23:45. "Roma" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:2
Qollar: Kriştianu Ronaldu, 57. Xese, 86
Roma, "Olimpiko" stadionu
23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) - 2:3
Qollar: Sven Kums, 80. Kalifa Kulibali, 89 - Yulian Draksler, 44; 54. Maks Kruze, 60
Gent, KAA Gent stadionu
Qeyd edək ki, ilk 1/8 final matçlarında meydan sahibləri qalib gəlib. "Portuqaliya "Benfika"sı Rusiya "Zenit"ini 1:0, Fransa PSJ-si isə İngiltərənin "Çelsi" komandasını 2:1 hesabı ilə yenib. Bu oyunların revanşı martın 9-da olacaq. 1/8 final mərhələsinin qalan 4 ilk oyununa gəldikdə, fevralın 23-də "Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya), "Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya), fevralın 24-də isə PSV (Hollandiya) - "Atletiko" (İspaniya), "Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə) görüşləri nəzərdə tutulub. Cavab matçları isə 15-16 martda baş tutacaq.