1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev: “İnter”lə getdi, 425 gün sonra “İnter”lə qayıdır
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Premyer Liqamıza qayıdır. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı qapıçı bu gün 22-ci turun açılış matçında "Kəpəz”lə ev oyununda "İnter”in heyətində debüt edir. Start heyətində yer alan Kamran bununla da 425 gündən sonra çempionatımızın iştirakçısı olur.
Maraqlıdır ki, Ağayevin Premyer Liqamızda son matçı elə "İnter”ə qarşı olmuşdu. Həmin vaxt "Qəbələ”nin şərəfini qoruyan qapıçı "bankirlər”lə 1:1 hesabıyla nəticələnən matçda 90 dəqiqə forma geyinmişdi. Kamran 2014-cü ilin dekabrın 21-də keçirilən həmin matçda sarı vərəqə almasa da, sonradan AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılımışdı. Məsələ ondadır ki, Kamran oyunun 79-cu dəqiqəsində rəqibə, "İnter”in ispan legioneri Mikel Alvaroya bilərəkdən zərbə vursa da, bu, baş hakim Fariz Yusifovun gözündən yayınmışdı. İntizam Komitəsinin üzvləri oyunun videoyazısını izlədikdən sonra Kamranın 3 oyunluq cəzalanması, klubun 3000 manatlıq cərimələnməsi, matçın hakimləri haqda isə AFFA-nın Hakimlər Komitəsinin lazımı tədbirlər görərək onlara bildirməsi haqda qərar çıxarmışdı. Maraqlıdır ki, Kamranın qayıdışında da baş hakim Fariz Yusifovdur.
Kamran qış fasiləsi bitəndə "Qəbələ” ilə yollarını ayıraraq karyerasında ilk dəfə legioner həyatı yaşadı. Türkiyənin birinci liqasında "Kayserispor” və "Karşıyaka” klublarında oynayan qapıçı 1 illik fasilədən sonra vətənə döndü. Onun cəzası qüvvədə qaldığından, yeni klubunda debütü üçün qış fasiləsindən sonra ilk 3 turu gözləməli oldu. Ağayevin cəriməsini ödəməli olan "İnter” onun cəzasıyla bağlı AFFA-nın Apellyasiya və Ekspert Komissiyasına rəsmi müraciət etsə də, qərar qüvvədə qaldı.
Göründüyü kimi, "İnter”lə gedən Kamran elə "İnter”lə də qayıdır. Ancaq bu dəfə rəqib yox, onun futbolçusu kimi. Mikel Alvaro isə bu mövsümdən "bankirlər”də olmadığından komanda yoldaşı deyillər. "İnter” Ağayevin karyerasında 9-cu, Azərbaycanda isə 6-cı klubudur. O, klublarımızdan daha öncə "Şəfa”, "Turan”, "Xəzər Lənkəran”, "Bakı” və "Qəbələ”də oynayıb. Ağayevin karyerasında mükafatları (1 çempionluq, 3 kubok, 2 gümüş medal) əsasən "Xəzər Lənkəran” ilə qazanıb. Kamranın karyerasında yeganə bürünc mükafat isə "Qəbələ” ilə olub.
Mehman SÜLEYMANOV