1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hafiz Məmmədov üçün 5 milyon avro
Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu satmaq üzrədir. Sportnet.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, təklif belçikalı iş adamı Qreqori Make tərəfindən edilib.
Q.Make səhmlərin 75%-ni əldə etmək üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Belçikalı iş adamı gələn həftəyədək H.Məmmədovdan rəsmi cavab gözləyəcəyini deyib.
"Lans"ın hazırkı prezidenti Jerve Martel isə məsələ ilə bağlı ötən həftə H.Məmmədovla görüşüb və klubun səhmlərini satmasını istəyib.
Qeyd edək ki, Hafiz Məmmədov "Bakı" klubunun prezidentidir.