1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Əvvəllər yaxşı oynayıb uduzurduq"
"Oyunda ən çox bəyəndiyim qalib gəlməyimizdir. Hazırda bizim xal itirməyə haqqımız yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Rəvan"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra deyib.
Ukraynalı mütəxəssis fasilədə ilk yarını analiz edərək, ikinci hissədə oyunu daha düzgün qurduqlarını bildirib: "İlk hissədə meydana uyğunlaşmaq zaman aldı. Hansı ki adaptasiya uzun çəkməməli idi. Ötürmələrin verilməsində ləngimələr oldu. Ancaq ikinci hissədə oyunumuzu qurub qələbə əldə edə bildik. Fasilədə ilk hissəni analiz etmək üçün materialımız oldu".
Qriqorçuk ardıcıl 3 oyundur qələbə qazanmalarına seriya kimi yanaşmadıqlarını vurğulayıb. O, hər oyundan sonra təhlillər apararaq, düzəlişlər etdiklərini söyləyib: "Əvvəllər məğlub olduğumuz görüşlərdə elə olmuşdu ki, həmin matçda daha yaxşı oynayır, amma qalib gələ bilmirdik. "Rəvan"a qarşı da deməzdim ki, pis oynadıq. Sadəcə, ilk hissənin sonunda düzəlişlər etdik və qələbə qazandıq".
Hazırda "Qəbələ"də 4 itki var. Baş məşqçinin fikrincə, Rəşad Sadiqov, Ruslan Abışov, Dodo və Aleksey Antonovun yoxluğu çətinlik yaradır: "Abılşov ötən həftə məşqlərə başlayıb, amma ondan indi istifadə etmək düzgün deyil. Antonov fevralın 24-də gəlib təkrar müayinədən keçəcək. Sadiqov xətələnmişdi, DOdo isə yaxın 7-10 gün ərzində sıralarımızda olacaq".