1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kazbek Tuayev: "Banişevskinin adının stadiona verilməsi vacib deyil"
"Anatoli Banişevskinin adının Bakıdakı stadionlardan birinə verilməsi vacib deyil". Bunu Sportnet.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü, mərhum futbolçunun "Neftçi"də komanda yoldaşı olmuş Kazbek Tuayev deyib.
Onun fikrincə, paytaxtda tikilən stadionlara digər layiqli şəxslərin, dövlət xadimlərinin adlarının verilməsi də məqsədəuyğun olardı: "Hazırda Respublika stadionu məşhur futbol hakimi Tofiq Bəhramovun adını daşıyır. Banişevskinin xatirəsini başqa formalarda da əbədiləşdirmək olar. Dövlət tərəfindən ona "Şöhrət" ordeni verilib. Bu gün Banişevskinin xatirəsinə uşaqlar arasında keçirilən turnirin finalıdır. Biz isə kitablar, məqalələr yazmaqla onun gənc nəsil arasında daha yüksək səviyyədə təbliğinə nail ola bilərik".
Qeyd edək ki, hazırda Anatoli Banişevskinin adı yalnız Masallı şəhər stadionuna verilib. Lakin həmin arena baxımsızlıqdan məhv olma təhlükəsi ilə üzləşib.