"Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm". Sportnet.az xəbər verir ki, Prezident İlham Əliyevin Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya ünvanladığı təbrik məktubunda belə deyilir.
Dövlət başçısı ali futbol qurumunun yeni rəhbərinə uğurlar arzulayıb: "Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm”.