Türkiyə həvəskarlar liqasında keçirilmiş "Uşakspor" - "Kuşadasıspor" (0:1) matçından sonra dava düşüb. Sportnet.az-ın məlumatına görə, davada futbolçular, texniki heyət və azarkeşlər iştirak edib.
Oyunun final fiti səsləndikdən sonra komandaların futbolçu və texniki heyəti arasında söz mübahisəsi yaşanıb. Qısa zamanda mübahisə davaya çevrilib.
Polis müdaxiləsindən sonra ara sakitləşib. Azarkeşlərdən bəziləri xəsarət alıb.