"Mançester Yunayted" komandasının baş məşqçisi Lui van Qal "Arsenal"la İngitərə Premyer Liqası matçında dördüncü hakimə yaxınlaşaraq, yerə yıxıldığı epizodu şərh edib. Sportnet.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis həmin vaxt əsəbi olduğunu bildirib.
Van Qal bu addımın baş hakim, laynsman və dördüncü hakimin nüfuzuna xələl gətirdiyini söyləyib: "Bu səbəbdən, üzr istədim və onlar da üzrxahlığımı qəbul etdilər".
Qeyd edək ki, Lui van Qal "Arsenal" futbolçusunun simulyasiyaya yol verdiyi göstərmək üçün dördüncü hakimin qarşısında yerə yıxılıb.













































































