"Azəryol” ilə ilk matç hər şey bizim oyun palnımıza uyğun getdi. Ola bilər ki, azarkeşlər asan qələbə qazandığımızı deyə bilərlər. Ancaq bu, belə olmadı”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri Rusiyanın "Dinamo” klubunun baş məşqçisi Konstantin Uşakov deyib.
Krasnodar təmsilçisi CEV Kubokunun yarımfinal mərjhələsində Bakının "Azəryol” klubu ilə ilk oyunu evdə keçirib və 3:0 hesabı ilə qalib gəlib. Uşakov yetirmələrindən razı qalıb: "Biz nəticə üçün səylə çalışıdıq və qələbəyə layiq idik. Üçüncü set ən çətin oldu. İndi bütün diqqətimizi Bakıdakı cavab matçına yönəltməli, eyni zamanda sakit və ruh yüksəkliyinfə olmalıyıq".
"Dinamo”nun kapitanı Lyubov Sokolova da fikirlərini açıqlayıb. Təcrübəli voleybolçunun fikrincə, hamı onların yaxşı oyununa şahid olub: "Bu, hamı üçün bir hədiyyə oldu. Hesab edirəm ki, azarkeşlərimizə parlaq qələbəni xatırladacaq bir gün yaşatdıq”.