Azərbaycan Premyer Liqasında XXV turun AZAL-la səfər oyununun ikinci hissəsinə "Neftçi" əvəzləmə ilə başlayıb. Sportnet.az-ın məlumatına görə, Nikolas Kanales Elşən Abdullayevin əvəzinə meydana daxil olub.
Bununla da çilili hücumçu 10 aydan sonra Premyer Liqada yenidən "ağ-qara" forma geyinib.
Qeyd edək ki, Nikolas Kanales daha öncə Azərbaycan Kubokunda "Xəzər Lənkəran"la 1/4 final oyununun 73-cü dəqiqəsində meydana çıxıb.













































































