1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Həmin adamı axtarıram"
"Meydana 3 xal üçün çıxmışdıq. Amma məcburi əvəzləmələr - 2 dayaq yarımmüdafiəçisinin meydandan çıxması planlarımızı pozdu". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib.
O, 1 xal qazanmalarına baxmayaraq, üzülmədiyini və nəticəni ədalətli saydığını bildirib: "Layiqli xal qazandıq".
45 yaşlı mütəxəssis hazırda avrokuboklara vəsiqə haqda düşündüklərini vurğulayıb:: "Mövsümün əvvəllərində deyirdilər ki, AZAL-ın cəmi 150 min manatlıq büdcəsi var və bu heyətlə komanda sonuncu olacaq. Hətta eşitmişdim ki, biri AZAL 6 xal toplasa, ölkədən gedəcəyini bildirib. İndi həmin adamı axtarıram. İlkin məqsədimiz Premyer Liqada qalmaq idi. Artıq belə bir təhlükə yoxdur. Gördüyünüz kimi, AZAL-ın 6 yox, 33 xalı var. Mənim üçün maraqlı deyil ki, "Zirə" və "İnter" avrokuboklara gedəcək, ya yox. Mən yıxılan komandaların hesabına avrokuboklara çıxmaq istəmirəm. Sadəcə, şansımızın olduğunu görür və bu şansdan yararlanmaq istəyirəm. Artıq məqsədimiz Avropa Liqasına çıxmaqdır. Lakin çempionluq və ya mükafatlar uğrunda oynadığımızı desəm, mənə gülərsiniz".
Qeyd edək ki, hazırda AZAL 33 xalla 6-cı pillədə qərarlaşıb.