"Demək olar ki, bir ildən sonra yenidən yığmaya çağırıldım. Ötən ilin martın sonunda Malta ilə görüşdə millinin heyətində ağır zədə almışdım. Uzun müddət müalicə olundum". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında bildirib.
Bərpa prosesindən danışan yarımmüdafiəçi bunları deyib: "Bərpa prosesindən sonra məşqlərə başladım, qışda "Kəpəz"dən dəvət alıb bu komandaya keçdim. Gəncə klubuna keçməyim düşərli oldu, yenidən yığmanın məşqçilər korpusunun diqqətini cəlb etdim. Robert Prosineçki Gəncədə oyunumu izlədikdən sonra haqqımda xoş sözlər söyləmiş, belə davam edəcəyim təqdirdə yığmaya dəvət alacağımı bildirmişdi. Təbii ki, bunun üçün sevinirəm".