1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər şey göz qabağındadır"
"Əvvəlcə deyim ki, bu bayram günləri mənim üçün ikiqat sevincli oldu. Ötən tur həm qələbə qazandıq, həm də millinin düşərgəsinə dəvət aldım". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Tərlan Quliyev klub saytına açıqlamasında deyib.
Yığmaya dəvət almasından danışan müdafiəçi bunları bildirib: "Yığmanın baş məşqçisi oyunlara baxıb, futbolçuları heyətə dəvət edir. Robert Prosineçkinin milliyə gəlişindən sonra üçüncü dəfədir ki, komandaya çağırılıram. Açığı, dəvət alacağımı gözləyirdim. Son oyunlarda "Kəpəz"in uğurlu çıxışı və bunda az da olsa, mənim də əməyimin olması, yığmaya yolumu açmışdı. Hər şey göz qabağındadır. Gəncə klubundan tək mən yox, digərləri də yığmaya namizəddir".