Bu gün "Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadənin ad günüdür. Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçinin 21 yaşı tamam olur.
Lənkəran klubunun azarkeşləri Kamranın doğum gününü unutmayıblar. Belə ki, fanatlar "İnter”lə hazırda davam edən matçda tribunada Abdullazadənin şərəfinə təbrik plakatı qaldırıblar. Ancaq Kamran "İnter”lə oyunda nəinki meydanda, heç ehtiyat oyunular skamyasında yoxdur. Qış fasiləsində transferə çıxarılan Kamran heç bir kluba keçə bilməyərək geri döndü və hazırda əvəzedici heyətdə yer alıb.
Qeyd edək ki, Abdullazadə "Xəzər Lənkəran”la qol hesabını ilk dövrədə AZAL-la ev oyununda açaraq fərlqənən 99-cu futbolçu kimi klubun tarixinə düşüb.