"Zirə” ilə oyunun ağır keçəcəyini bilirdik. Bu komanda yeni yaranmış komanda olsa da, öz sözünü deyir. Ona evdə qalib gələ bilmişdik”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "CBC Sport”a açıqlamaslnda deyib. Bu gün Premyer Liqada "Zirə”yə səfərdə 2:4 hesabı ilə uduzduqları oyunu dəyərləndirən çalışdırıcı meydana qalib gəlmək üçün çıxdqılarını bildiirb: "Bizim də avroliqaya çıxmaq şansımız var və bunun üçün mübarizə aparırıq. Futbolun gözəlliyi qollardadır. Bu gün 6 qol oldu. Qalib də gələ bilərdik. Ancaq rəqib əks-hücumlardan daha yaxşı yararlana bildi. Bir az da standardt vəziyyətlərdə diqqətsizlik məğlubiyyətimizə gətirdi. Ancaq buna baxmayaraq, futbolçularımızdan tam razıyam. Səhvsiz iş olmur. Futbol da oyundur və böyük səhvlər var. Bunları düzəldərək inkişaf etməliyik. Rəqibi təbrik edirəm. Bizi qarşıda "Qəbələ” ilə ağır oyun gözləyir”.
Oyunda etdiyi gec əvəzləmələrə toxunan Əhmədov ehtiyatda olan futbolçuların tam hazır olmamağı fikri ilə razılaşmayıb: "Ruslan Nəsirlini dəyişmək üçün elə bir ehtimal yox idi. O qol da vurmuşdu. Sadəcə, bu futbolçunun getikcə sürəti, tepmi aşağı düşürdü. Ona görə Nuqzar Kvirtiyanın həmin mövqeyə buraxmaq qərarına gəldim. Sonda isə iki hücumeylli futbolçunu meydana buraxdım. Hesab 2:2 olandə oyunun bu məcraya gəlib çatacağını düşünmürdüm. Ancaq san saydığını say, gör fələk nə sayır”.